2022-ci il üzrə qeyri-müəyyənliklər Foreks bazarlarında aparıcı qüvvə olaraq qalır - GÜNƏ BAXIŞ
Foreks bazarlarında bayram əhval-ruhiyyəsi və 2022-ci il üzrə qeyri-müəyyənliklər aparıcı qüvvə olaraq qalır. Bununla yanaşı, İrana qarşı sanksiyaların aradan qaldırılmasının yenidən müzakirə edilməsi, Amerikada Konqres binasına edilən hücum ətrafında siyasi qarşıdurmanın güclənməsi, Korona məhdudiyyətlərin, xüsusilə Avropada yenidən gücləndirilməsi nəticəsində iqtisadi risklərin artması da investorların diqqət mərkəzindədir.
İranın yenidən maneəsiz neft ixrac etməsi ehtimallarının əmtəə qiymətlərini ucuzlaşdırması və beləliklə, inflyasiyanın düşməsi ilə bərabər, inkişaf etmiş bazarlarda da risklərin artması, gələcəyə dair analizi çətinləşdirir. Bazarda təklif artsa da reallaşmadığı təqdirdə, bu, qiymətlərdə güclü ucuzlaşmaya səbəb olmur.
Kriptovalyuta birjalarında da bitkoində son bahalaşma dalğası sürətli eniş dalğası ilə əvəzlənib. 52 min dollar müqavimətini qırmaqda çətinlik çəkən BTCUSD, hazırda 49 min dollara ticarət edilir, yəni əsas dəstək səviyyəsinin - 46 min dolların üzərində. Bu, bahalaşmanın davam edəcəyi ehtimallarının üstünlük təşkil etməsi üçün əsasdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 22 d. əvvəl
- 30 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"





















