ARDNF Rusiya-Ukrayna müharibəsinin aktivlərə təsir edəcək potensial risklərini dərindən öyrənir
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən həm dünya iqtisadiyyatında, həm geosiyasi arenada, həm maliyyə bazarlarında baş verənlər diqqətlə izlənilir, aidiyyatı təhlillər həyata keçirilir və potensial risklərin investisiya portfeli üçün yarada biləcəyi təsirlər dərindən öyrənilərək, müvafiq qərarlar verilir.
Bu barədə Fonddan Rusiya və Ukrayna arasında baş verən müharibənin Neft Fondunun Rusiyadakı aktivlərinə təsiri ilə bağlı sorğunu cavablandırarkən bildirilib.
"Son hadisələr Rusiya maliyyə bazarları da daxil olmaqla, beynəlxalq birjalara öz təsirini göstərir və çox ciddi qısamüddətli dalğalanmaların şahidi oluruq.
Məlumdur ki, budəfəki dalğalanmalara gətirib çıxaran səbəblər ənənəvi iqtisadi-maliyyə xarakterli deyil və hazırda dünya iqtisadiyyatı və maliyyə bazarları həm mahiyyət, həm də miqyas etibarilə fərqli mənzərə ilə qarşılaşmaqdadır. Dövlət Neft Fondu olaraq həm dünya iqtisadiyyatında, həm geosiyasi arenada, həm maliyyə bazarlarında baş verənlər tərəfimizdən diqqətlə izlənilir, aidiyyatı təhlillər həyata keçirilir və potensial risklərin investisiya portfeli üçün yarada biləcəyi təsirlər dərindən öyrənilərək, müvafiq qərarlar verilir. İndiki mərhələdə, bir məqamı yenidən xatırlatmaq yerinə düşərdi ki, ARDNF hər hansı spesifik ölkə və ya region, maliyyə aktivi və valyuta növü üzrə konkret ixtisaslaşmış investor deyil, qlobal investordur”, - Fonddan bildirilib.
Eyni zamanda qeyd olunub ki, Dövlət Neft Fondunun yüksək şaxələndirilmiş qlobal investisiya portfeli onun məqsəd və vəzifələrinin icrasına cavab verməklə yanaşı, həm də bir sıra əsas risklər, o cümlədən geosiyasi risklər düzgün nəzərə alınaraq qurulub və bu kimi şoklardan sığortalanmağa qadirdir:
“Hazırda investisiya portfelinin həm aktivlər üzrə bölgüsü, həm valyuta bölgüsü, həm də coğrafi bölgüsü bunu deməyə bir daha əsas verir. Məsələn, ARDNF-nin investisiya portfelinin təxminən 80 %-ə qədəri yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir ki, məlum olduğu kimi bu aktivlər də böhran dövrlərində daha etibarlı alətlər hesab olunurlar. Təbii ki, ARDNF-nin investisiya portfelinə daxil edilən və yalnız "VTB" bankın səhmlərindən deyil, dünyanın bazar kapitallaşmasına görə ən böyük 1 600 şirkətinin paylarını özündə əks etdirən səhm yatırımları uzunmüddətli dövrdə yüksək gəlirlilik vəd edərək portfelin diversifikasiyasının təmin olunmasında müstəsna rol oynayır və qısamüddətli dövr ərzində yüksək qiymət dəyişkənliyi ilə səciyyələnir. Nəticə etibarilə ARDNF-nin vəsaitlərinin həcminin dəyişməsi, habelə gəlirlilik göstəricisi beynəlxalq təcrübə də əsas götürülməklə ayrı-ayrı şirkətlərin səhmləri və ya investisiya aktivləri deyil, ümumi portfel kontekstində dəyərləndirilir və bu barədə ətraflı məlumat Fondun fəaliyyəti haqqında rüblük və illik hesabatlarda əks olunur”.
Xatırladaq ki, ARDNF-in 2012-ci ildə təsdiq olunmuş yeni investisiya siyasətinə əsasən, onun investisiya portfelinə səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə alətləri daxil olub. Bu çərçivədə Fond 500 milyon ABŞ dolları investisiya qoyaraq Rusiya "VTB" bankının səhmlərinin təxminən 3 %-ni əldə edib.
Bununla yanaşı, həmin ildə ARDNF Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor”ofis-ticarət mərkəzini satın almışdır.
© Report
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
14 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 16 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var


















