Dövlət Xidməti ərzaq qıtlığı olacağı ilə bağlı yayılan məlumatlara reaksiya verdi
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti son günlər kütləvi informasiya vasitələrində bəzi ərzaq məhsullarının ehtiyatı ilə bağlı müxtəlif məlumatlar yayımlanmasına münasibət bildirib
Xidmətin yaydığı açıqlamada bildirilir:
"Ərzaq təhlükəsizlyinin davamlı olaraq möhkəmləndirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir. Bu strateji məsələ daim diqqətdə saxlanılır və ərzaq ehtiyatlarına xüsusi önəm verilir. Dünyada neqativ meyillərin baş verdiyi, COVİD-19 infeksiyasının geniş yayıldığı dövrlərdə də qabaqlayıcı və sistemli tədbirlər nəticəsində ölkəmizdə istehsal-tədarük-istehlak zəncirində heç bir fasilə müşahidə edilməmiş, ərzaq məhsullarının çeşidində və istehlakçıların təminatında hər hansı qırılmalar olmamışdır. Bütün bunlar isə, ərzaq təhlükəsizliyinin daha da möhkəmləmləndirilməsi istiqamətində aparılan düzgün və məqsədyönlü siyasi kursun məntiqi nəticəsidir.
Dünya iqtisadiyyatının bir sıra sınaq və çətinliklərlə üzləşdiyi, iqlim dəyişikliyi, enerji, maliyyə, qida və digər bazarlardakı dalğalanmaların müşahidə edildiyi hazırkı dövrdə ərzaq ehtiyatlarının strateji əhəmiyyətini nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsas ərzaq məhsulları üzrə ehtiyatların mütəmadi monitorinqini aparır, əhalinin qida məhsulları ilə təminatına ciddi nəzarət edilir. Nəzarət tədbirləri dövlət qurumlarının koordinasiyası və dövlət-özəl tərəfdaşlığı prinsiplərinə əsasən keçirilir.
Bununla belə, son günlər kütləvi informasiya vasitələrində bəzi ərzaq məhsullarının ehtiyatı ilə bağlı müxtəlif məlumatlar yayımlanır.
Bir daha bildiririk ki, ərzaq ehtiyatları daim dövlətin nəzarətindədir və hər hansı hadisənin ərzaq qıtlığına səbəb olacağı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























