Dövlət Vergi Xidməti lizinq şirkətlərinin təmsilçiləri ilə görüş keçirdi
Görüşdə lizinq əməliyyatları üzrə ƏDV əvəzləşdirilməsi hüququnun istehlakçıya verilməsi, lizinq obyektinin idxalı zamanı ƏDV-nin tədbiqi məsələləri müzakirə edilib.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinlik və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.
Marja xəbər verir ki, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsi tərəfindən təşkil edilmiş növbəti belə görüş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələrinin iştirakı və lizinq fəaliyyəti ilə məşğul olan şirkətlərlə onlayn formatda keçirilib.
Tədbirdə çıxış edən Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov görüşün əsas məqsədinin sahə üzrə çətinliklərin müəyyənləşdirilməsi və həlli istiqamətində görülməli işlərin müzakirə edilməsi olduğunu qeyd edib, iştirakçıları fəal müzakirəyə dəvət edib.
Görüşdə lizinq şirkətləri tərəfindən səsləndirilən məsələlər, o cümlədən lizinq əməliyyatları üzrə ƏDV əvəzləşdirilməsi hüququnun istehlakçıya verilməsi, lizinq obyektinin idxalı zamanı ƏDV-nin tədbiqi məsələləri müzakirə edilib, iştirakçıların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sualları cavablandırılıb.
Lizinq fəaliyyətinin gələcək inkişaf perspektivləri ilə bağlı Mərkəzi Bankın Baş Direktoru Gülər Paşayeva bildirib ki, müvafiq sahədə inkişafa nail olunması məqsədilə mövcud qanunvericilik müddəalarının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bu xüsusda sahə üzrə problemlərin fərqli platformada dinlənilməsi layihələrin hazırlanması prosesinə öz müsbət təsirini göstərəcək.
Dövlət-biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)



.jpg)
