“SOCAR Ukraine” qaz satışı üçün lisenziya alıb
Ukraynada enerji və kommunal xidmətlər üzrə tənzimlənməni həyata keçirən Milli Komissiya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan “SOCAR Ukraine” Ticarət Evinə ölkə ərazisində təbii qazın ticarəti üçün lisenziya verib.
“OilNews” xəbər verir ki, bu barədə qərar Komissiyanın bu gün keçirilmiş iclasında qəbul edilib.
Qeyd edək ki, iyulun 1-dən qüvvəyə minəcək qanuna əsasən, “Ukrtransgas” Milli Komissiyanın lisenziyası olmayan şirkətlərin qaz nəqli üçün ərizəsini qəbul edə bilməyəcək. Hazırda 239 şirkətin belə lisenziyası var.
Bu gün “SOCAR Ukraine” ilə yanaşı “Gastron Ukraine” şirkəti də ölkədə qaz satmağa lisenziya alıb.
Xatırladaq ki, bundan əvvəl “SOCAR Ukraine” “Ukrtransgas” şirkəti ilə 2017-ci ilin yanvarından dekabrına kimi 180 mln. kubmetr təbii qazın nəqli ilə bağlı müqavilə imzalayıb.
2016-cı il dekabrın 30-da isə “SOCAR Ukraine” 131 mln. kubmetrə qədər qazın alışı ilə bağlı “Eru Trading” şirkəti ilə saziş bağlayıb.
SOCAR-ın Ukraynada nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda şirkətin Ukraynada 60 yanacaqdoldurma məntəqəsi var.
© Report
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)









.jpg)





