“PAŞA Bank” dünyanın ən böyük aviaşirkətlərindən biri ilə eksklüziv əməkdaşlığının müddətini uzatdı!
(®) Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank” dünyanın ən böyük aviaşirkətlərindən biri olan “Türk Hava Yolları” ilə eksklüziv əməkdaşlığını uzatmaq məqsədilə yeni müqaviləyə imza atıb.
Belə ki, “PAŞA Bank” 2019-cu ildə ölkədə ilk dəfə olaraq “Türk Hava Yolları” ilə ko-brendinq formatında “Miles&Smiles” kartlarını müştərilərin ixtiyarına vermişdir. Bu məhsulun bazara çıxarılması “PAŞA Bank”ın ölkədə nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin genişləndirilməsinin dəstəklənməsi hədəfləri çərçivəsində həyata keçirilmişdir.
Bu kart sahibləri ticarət və xidmət obyektlərində ödənişləri nağdsız həyata keçirmək, mil qazanmaq və toplanan milləri “Türk Hava Yolları”nın və “Star Alliance” üzvlərinin bir çox uçuş istiqamətləri üzrə aviabiletə çevirmək imkanı əldə edir. Milləri nəinki ölkədaxili, həmçinin ölkəxarici ödənişlərdən də toplamaq mümkündür. Həmçinin, müştəri bankın partnyor şəbəkəsində “Miles&Smiles PAŞA Bank” kartı ilə ödəniş zamanı əlavə millər qazanmaq şansı da əldə edir.
Bundan başqa, kartların müxtəlif üstünlükləri vasitəsilə müştərilər öz səyahətlərini daha da asanlaşdırmağa da nail olmuşlar. Kartların əsas üstünlüklərinə isə aiddir:
- Yeni müştərilərə “xoş gəldin” milləri təqdim olunur;
- Ad günü, ondan əvvəlki və sonrakı günlərdə ikiqat millər qazanmaq olar;
- Çatbot konsyerj xidmətindən istifadə;
- Kartların onlayn sifarişi və ünvanadək pulsuz çatdırılması;
- Toplanan millərin “PAŞA Bank” mobil tətbiqi vasitəsilə asanlıqla izlənilməsi;
- Millərin “THY”nin mobil tətbiqindən rahatlıqla uçuş biletinə çevrilməsi;
- “Lounge Key” biznes zallarına pulsuz giriş imkanı;
- Partnyorların 1000-dən çox satış nöqtəsində əlavə millər qazanmaq mümkündür;
- “Fast track” xidmətindən yararlanmaq olar;
- Səyahət sığortası;
- Pulsuz “Acıbadem” kartı ilə müxtəlif imtiyazlardan yararlanmaq mümkündür;
- İstənilən zaman bilet əldə etmək və milləri 3 ilə istifadə etmək imkanı təqdim olunur;
- Hava limanından pulsuz transfer xidməti və s.
Təsadüfi deyil ki, məhsul istifadəyə verildikdən bir çox istifadəçi topladığı milləri dəyişərək müxtəlif istiqamətlərə uçuş biletləri əldə etmişdir.
Kartların digər üstünlükləri, tarifləri haqqında ətraflı məlumat əldə etmək isə üçün buraya keçid etmək olar: miles.pashabank.az
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
12 d. əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 29 d. əvvəl
-
34 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 35 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın sığorta bazarı kiçilib
Ən çox oxunanlar
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı




















