Dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola biləcək göstəricilər açıqlanacaq
Bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı fundamental göstəriciləri dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola bilər.
ÜMUMİ MƏLUMAT
Hər ayın ilk həftəsi olduğu kimi bu ayın da ilk həftəsinin cümə günü ABŞ-dan vacib iqtisadi göstəricilər açıqlanacaq. Dünyanın ən böyük iqtisadiyyatına sahib ABŞ ilə bağlı göstəricilər bazar iştirakçıları tərəfindən hər ay böyük maraqla gözlənilir. Söhbət təbii ki, işsizlik səviyyəsi, qeyri-kənd təsərrüfatında məşğulluq (ing. NFP) və əmək haqqlarının artım göstəricilərindən gedir.
NƏ GÖZLƏNİLİR?
FED-in monetar siyasətdə izlədiyi yol xəritəsində əsas həlledici meyarlardan olan əmək bazarına dair statistik göstəricilərə baxdıqda ABŞ-da məşğulluğun və işsizlik səviyyəsinin ötən ay ilə müqayisədə azaldığı görünür. Beləki, ötən ay məşğulluğun 263000 nəfər artdığı açıqlanmışdısa, bu gün açıqlanacaq göstəricinin 200000 olacağı proqnozlaşdırılır. Qeyri-kənd təsərrüfatında işləyənlərin sayının artacağı ehtimalı ölkə iqtisadiyyatı üçün müsbət hal kimi qarşılana bilər. Lakin əvvəlki göstəriciyə nəzərən göstəricinin aşağı proqnozlaşdırılması, "NFP"-nin artım dinamikasının zəifləməsi deməkdir. Bu da bazar iştirakçıları tərəfindən birmənalı qarşılanmaya bilər. İşsizlik səviyyəsi göstəricisinin isə əvvəlki aya nəzərən dəyişməyəcəyi proqnozlaşdırılır. Bu isə ümumilikdə ABŞ iqtisadiyyatı üçün stabillik olaraq dəyərləndirilə bilər. Qeyd edək ki, noyabr ayında göstərici 3.7% açıqlanmışdı. Bu ay da göstəricinin 3.7% olaraq açıqlanacağı ehtimal edilir. Orta saatlıq əmək haqlarının aylıq müqayisədə 0.2% azalaraq 0.6%-dən 0.4%-ə düşəcəyi, illik müqayisədə isə 0.1% azalaraq 5.0% olaraq açıqlanacağı proqnozlaşdırılır. Əmək haqlarında azalmanın olması, FED-in inflyasiya hədəflərinə çatmasına mane və faiz artımı qərarında bir qədər ehtiyyatlı davranmasına səbəb ola bilər. Qeyd edək ki, FED-in 14 dekabr tarixində keçirilmiş 2022-ci ilin son toplantısında uçot dərəcələri 0.50% artılsa da növbəti toplantılarda faiz artımlarının sürətinin daha çox azaldılacağı ehtimal olunur.
BİRJALARA TƏSİRİ
Göstəricilərin faiz qərarına ciddi təsiri imkanlarını nəzərə alaraq, ABŞ-da tam məşğulluğun təmin edildiyi 2019-cu ilə nəzərən hazırki dövrdə bazar məşğulluqla bağlı göstəricilərə qarşı daha həssas davranır. İqtisadiyyatda inkişafın və sabitliyin yenidən bərpa olması və yüksək inflyasiya ilə mübarizədə FED-ə daha geniş imkanlar yaratması, bu göstəricilərin hansı istiqamətdə dəyişəcəyindən asılıdır. Bu səbəbdən iqtisadi göstəricilərin açıqlanması zamanı dolların digər valyutalar üzrə məzənnəsində, eləcə də qızıl və neft qiymətlərində ani dalğalanmalar baş verə bilər.
QİYMƏT DƏYİŞİKLİKLƏRİNİ GƏLİRƏ ÇEVİRƏ BİLƏRSİNİZ
Belə ani dalğalanmalar qısa zamanda yüksək gəlirlilik imkanı yaratdığı kimi mövcud əməliyyatlarda risklərin də artmasına səbəb olur. Bakı vaxtı ilə 17:30-da açıqlanacaq məlumatlar öncəsi əməliyatlar üçün risk səviyyələri müəyyənləşdirilməli və dözümlülüyün təmin edilməsi məsləhət görülür.
Məlumat “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin analitikləri tərəfindən tövsiyə xarakterli olaraq hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 d. əvvəl
- 16 d. əvvəl
- 20 d. əvvəl
-
- 31 d. əvvəl
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 2 saat əvvəl
Son Xəbərlər
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər olacaq
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Ən çox oxunanlar
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə





















