"Xalq Sığorta" 2024-cü ili mənfəət ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİ
"Xalq Sığorta" ASC 2024-cü ili 4 milyon 791 min manat xalis mənfəət ilə bağlayıb. Şirkət 2023-cü ili 12 milyon 466 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Xalq Sığorta"nın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 2,6 dəfə və ya 7 milyon 675 min manat azalıb.
Marja.az Şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, "Xalq Sığorta"nın cəmi gəlirləri 2023-cü ildə 42 milyon 833 min manat ikən, 2024-cü ildə 28 milyon 834 min manat təşkil edib (13 milyon 999 min manat və ya 32,6% azalıb).
"Xalq Sığorta"nın cəmi xərcləri isə 2023-cü ildə 31 milyon 829 min manat ikən, 2024-cü ildə 24 milyon 874 min manat olub (6 milyon 955 min manat və ya 21,8% azalıb).
Cəmi gəlirlərdəki azalmanın məbləği, cəmi xərclərdəki azalmanın məbləğindən daha böyük məbləğdə olduğu üçün "Xalq Sığorta"nın xalis mənfəəti də düşüb.
2023-cü ildə "Xalq Sığorta"nın cəmi gəlirlərinin daha yüksək olması xalis sığorta ehtiyatlarının müsbət dəyişməsilə əlaqədar olmuşdu. öÖtən il Şirkətin xalis sığorta ehtiyatlarında mənfi dəyişiklik baş verib.
2024-cü ildə "Xalq Sığorta"nın hesabladığı sığorta haqları təxminən 2023-cü il səviyyəsində olub: 24 milyon 606 min manat (2023-cü ildə 24 milyon 45 min manat).
Ötən il "Xalq Sığorta"nın sığorta ödənişləri isə 2,1 dəfə və ya 11 milyon 670 min manat azalaraq 10 milyon 161 min manat təşkil edib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
29 d. əvvəl
ABŞ–İran arasında gərginliyin azalması fonunda neft qiymətləri 4%-dən çox düşüb
- 1 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızıl daha da ucuzlaşdı - Qiyməti düşməkədə davam edir
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Ən çox oxunanlar
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir









.png)










