“Zoomlion”un kombayn və traktorları “Prime Leasing” vasitəsilə Azərbaycanda
(® Reklam) “Zoomlion” şirkəti ilə mühüm əməkdaşlıq sazişi imzalayan “Prime Leasing” bu brendin kombayn və traktorlarının Azərbaycanda eksklüziv satış təmsilçisi olub.
Çinin aparıcı kənd təsərrüfatı texnikası istehsalçısı ilə əldə olunan bu əməkdaşlıq yerli fermerlərə məhsuldarlığı artırmaq, maya dəyərini azaltmaq və davamlı gəlir əldə etmək üçün böyük imkanlar yaradır.
“Prime Leasing”in məqsədi yerli kənd təsərrüfatı subyektlərinə keyfiyyətli texnikanı daha münasib şərtlərlə təqdim edərək aqrar sahədə inkişafı sürətləndirməkdir.
Belə ki, “Zoomlion” brendinə məxsus müasir kombayn və traktorlar Azərbaycanda rəsmi tərəfdaş “Prime Leasing” tərəfindən sərfəli lizinq şərtləri ilə fermerlərə təqdim olunacaq.
Göründüyü kimi, əldə olunan tərəfdaşlıq Azərbaycanın kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün geniş imkanlar açır. Çünki, güclü və keyfiyyətli kənd təsərrüfatı texnikası onlara artıq daha əlçatan lizinq şərtləri ilə təqdim edilir.
Fermerlərin sərfəli lizinq imkanları ilə müasir və dayanıqlı texnika əldə etməsi prosedurların rahat və sürətli həyata keçirilməsi “Prime Leasing”-i əsas fərqləndirən məqamlardandır.
Əməkdaşlıq sazişinin özündə ehtiva etdiyi digər önəmli müddəa isə alınan texnikalara mütəmadi texniki servisin göstərilməsi, sifarişlərin vaxtında çatdırılması, fermerləri maraqlandıran bütün məqamların detallı izah olunması ilə bağlıdır.
Beləliklə, “Prime Leasing” ilə “Zoomlion” arasında başlayan əməkdaşlıq son illərdə Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlətin əsas prioritetlərindən olan texnikanın şaxələndirilməsi, yenilənməsi və fermerlər üçün əlçatanlığının artırılması istiqamətində həyata keçirilən mühüm addımlardan biridir.
050 219 44 55
050 219 33 44
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 12 saat sonra
-
-
3 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
5 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























