“Məqsədimiz istifadəçilərin mümkün qədər ehtiyaclarını tək bir portal üzərində cəmləşdirməkdir”
GoldenPay/Hesab.az-ın İdarə Heyətinin sədri Naina Mehdiyeva ilə müsahibə
-Hesab.az yaxın günlərdə ilk dəfə olaraq QR barkod ilə ödəniş etmək funksiyasını aktivləşdirdi. Hazırda QR barkod ilə Parking ödənişləri etmək mümkündür. QR barkod ilə ödənişə yeni xidmətlərin əlavə edilməsini düşünürsünüzmü?
- Ötən günlərdə biz artıq daha bir yeniliyimiz olan QR barkod ilə parkinq ödənişini istifadəçilərimizin istifdəsinə təqdim etdik. Bu il ərzində və növbəti illərdə QR kod ilə ödəmə üzrə istifadəçilərimizə yeniliklər təqdim etməyi planlaşdırırıq. Bununla bağlı müxtəlif xidmətlər üzrə danışıqlarımız davam edir. Biz də Hesab.az komandası olaraq bu yeniliyin istifadəçilərin həyatlarını daha da rahatlaşdıracağına ümid edirik.
-Siz bu yeniliyi tətbiq edən ilk onlayn ödəmə şirkəti olaraq istifadəçilərinizdən yeniliklərə qarşı hansı reaksiya ilə qarşılaşmısınız?
- Yeniliklərlə maraqlanan aktiv istifadəçi kütləmiz var. Həyata keçirdiyimiz kampaniyaları, yenilikləri diqqətlə izləyən və anında reaksiya verən istifadəçilərimiz öz fikirlərini bizə e-mail, telefon ilə əlaqə saxlayaraq çatdırırlar. Bu bizi çox sevindirir.
- 2018-ci ildə daha çox funksionallığı, xidmət növ ilə yenilənmiş Hesab.az saytı və mobil tətbiqini istifadəyə verdiniz. 2019-cu ildə istifadəçiləri hansı yeniliklər gözləyir?
- Bu il məqsədimiz istifadəçilərimizə ödənişlərini asanlaşdırcaq yeniliklər təqdim etməklə yanaşı, eyni zamanda bir ekosistem təqdim etməkdir. Buna misal olaraq deyə bilərəm ki, bu il parkinq ödənişləri və icbari sığorta satışı təqdim etdik. Sığorta sahəsi üzrə seçimləri artıraraq əmlak və səyahət sığorta satışını təqdim etməyi planlaşdırırıq. Eyni zamanda bu il bilet satışları, e-ticarət sahələri üzrə də planlaşdırdığımız yeniliklər var. Məqsədimiz istifadəçilərin mümkün qədər ehtiyaclarını tək bir portal üzərində cəmləşdirməkdir. Bu yöndə planlarımız davam edir.
- Hesab.az – ın gələcəkdə bank kimi fəaliyyətini davam etdirəcəyi deyilir. Bu xəbərlə bağlı nə deyə bilərsiniz. Gələcəkdə belə fəaliyyətinizi bu istiqamətə doğru həyata keçirməyi planlaşdırırsınızmı?
- Mövcud istifadəçi kütləmizə əlbətdə yeni xidmətlər təqdim etməyi planlaşırır və hədəfləyirik. Ayrıca məqsədimiz sadəcə onlayn ödəmə sistemi olaraq qalmaq deyil, xidmət dəyərimizi və üstünlüklərimizi fərqli sahələr üzrə artırmaqdır. Hazırda bank kimi fəaliyyət göstərmək kimi bir planımız yoxdur. Amma növbəti dövrlərdə bu sahə üzrə fürsətləri dəyərləndirmək istəyərik.
-Onlayn ödəniş sistemləri arasında lidersiniz. Sizcə rəqabətin kəskin olduğu bu dövrdə hansı amillər sayəsində rəqiblərinizdən fərqlənirsiniz?
- Qeyd etdiyiniz kimi rəqabətin yüksək olduğu bir dövrdəyik və həm rəqiblərimizi, həm də dünyadakı yenilikləri yaxından izləyirik. Bu yenilikləri izlərkən məqsədimiz istifadəçilərə ən uyğun və optimal seçim təqdim etməkdir. Xüsusi olaraq müştəri mənuniyyətinin təmin olunması, müştəri şikayətlərinin və şərhlərini operativ şəkildə cavablandırılması, fikirlərin dəyərləndirilməsini təmin edilməsi ilə yanaşı sürətli, güvənilən xidmət göstərmək bizi öz sahəmiz üzrə lider edir.
-Şirkət strategiyanızın mərkəzində nə dayanır?
-Şirkət strategiyamızın mərkəzində işçi və müştəri məmnuniyyəti yer almaqdadır. Biz, "GoldenPay" şirkəti olaraq müştəri məmnuniyyətinin təməlində öncəlikli olaraq işçilərin məmnuniyyətinin dayandığını bilirik. İdarə heyəti olaraq həmişə işçilərimizin ehtiyaclarını ön planda tutaraq onlara daha şəffaf şəkildə davranmağa səy göstəririk. Təbiiki bu şəffaf, yenilikçi münasibəti istifadəçilərimizə təqdim etdiyimiz xidmətlərə yansıdırıq və bu strategiyamızın təməlini təşkil edir.
-Sizin üçün müştəri məmnuniyyəti nədir?
-Məlum olduğu kimi, Amazon, Google, Facebook kimi böyük, qlobal miqyaslı şirkətlərin hamısı strategiyalarını məhsuldan müştəriyə deyil, birbaşa müştəriyə yönümlü planlama həyata keçirirlər. Bu şirkətlərin hamısında bütün proseslər, məhsulların dizaynı, kampaniyalar müştəri məmnuniyyətinə yölümlü olaraq hazırlanır. GoldenPay olaraq biz də, bu məqama həmişə diqqət etmişik və müştəri məmnuniyyətini hər zaman öndə tutmuşuq. Çünki bilirik ki, rəqabətin yüksək olduğu bir zamanda müştərilərin seçdiyi bir şirkət olmadıqda ən yaxşı məhsulu belə təklif etsəniz bunun bir önəmi olmur.
-Bildiyimiz qədəriylə Hesab.az istifadəçilərin sayı gündən günə artır. Buna necə nail olmusunuz?
- Bəli, Hesab.az istifadəçilərinin sayında ciddi artım qeydə alınmışdır. Hazırda 440 min qeydiyyatlı istifadəçimiz var. Keçən il həm saytımızın, həm də mobil tətbiqimizin yenilənməsindən sonra 100 min yeni qeydiyyatlı istifadəçi Hesab.az istifadəçiləri sırasına qoşuldu. Bu nəticə hətta biz gözləiyimizdən belə yüksək nəticə oldu. Bunun səbəbinin müştəri məmnuniyyəti, şikayət və müraciətlərin operativ cavablandırılması, şirkət olaraq göstərdiyimiz şəffaf fəaliyyət olduğunu hesab edirəm. Bütün təqdim etdiyimiz xidmətlərin arxasında çox güclü komanda dayanır. GoldenPay ailəsi olaraq keyfiyyətli xidmət göstərmək üçün dayanmadan çalışır və bunun üçün əlimizdən gələni edirik.
-Müsahibə üçün təşəkkür edirik.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 saat əvvəl
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
2 saat əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
2 saat əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
3 saat əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
3 saat əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Bank 23-cü filialını Zaqatalada açdı
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Ən çox oxunanlar
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb















.jpg)









