"Aqroparkın investorları 80 milyon vəsait qoyublar"
Ağstafa Aqroparkının yaradılmasına 80 milyon manat ətrafında vəsait qoyulub.
Marja xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edən zaman bildirib.
"Şadam ki, Ağstafa Aqroparkının investorları bütün imkanlardan istifadə edib, böyük vəsait qoyublar. Mənə verilən məlumata görə 80 milyon manat ətrafında vəsait qoyulub və qoyulan vəsait göz qabağındadır",- İlham Əliyev deyib.
Ağstafa Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri Rəsul Orucov bildirib ki, layihənin ikinci mərhələsində kompleksdə saatda 5 ton emal gücü olan paxlalı bitkilərin toxumu istehsalı zavodu, saatda 25 ton emal gücü olan dənli bitkilərin toxumu istehsalı zavodu, saatda 200 ton təmizləmə və 50 ton qurutma avadanlığı ilə təchiz olunmuş, ümumi həcmi 36 min ton saxlama gücü olan rezervuarlar quraşdırılıb. Bundan başqa, kompleksdə sutkada 120 ton emal gücü olan dəyirman, çörək və yarımfabrikatlar istehsalı zavodu, müasir avadanlıqlarla təchiz edilmiş fast-food iaşə xidmətləri obyekti, aqromarket, yeraltı avtomobil dayanacağı inşa edilərək istifadəyə verilib.
Müəssisə toxum istehsalından başlayaraq taxılın becərilməsini, emalını son istehlak məhsuluna gətirərək əhaliyə təqdim edir. Məhsullar həm keyfiyyət göstəricilərinə, həm də beynəlxalq bio standartlarına tam cavab verir. İstehsal sahələrində istifadə olunan bütün texnoloji xətlər Almaniya və İsveçrə avadanlıqlarıdır. Müəssisə beynəlxalq bio sertifikat alınması məqsədilə müvafiq sertifikatlaşma proseslərini həyata keçirərək, istehsal edəcəyi toxum və digər yarımfabrikat məhsulları ixrac etmək istiqamətində müvafiq iş aparır.
Layihənin 3-cü mərhələsi çərçivəsində Qazax rayonunda logistika-nəqliyyat mərkəzinin tikintisi və Ağstafa Aqroparkının nəzdində 25 min kubmetrlik meyvə-tərəvəz saxlanması üçün soyuducu anbarın inşası, həmçinin regionda aqrar turizm sahəsinin inkişafı məqsədilə otel kompleksinin inşasına start verilib.
Ağstafa Aqroparkın ümumi ərazisi 20 hektar təşkil edir ki, onun da 10 hektarında artıq inşaat işləri başa çatdırılıb, növbəti 6 hektarda isə tikintiyə başlanıb. Ağstafa Aqroparkının Qazax rayonunun Çaylı kəndində inşa etdiyi nəqliyyat-logistika mərkəzi 4,2 hektar ərazini əhatə edir. Ağstafa Aqroparkında və onun törəmə müəssisələrində çalışanların ümumi sayı 360 nəfər təşkil edir ki, bu da regionda məşğulluğun təmin olunması sahəsində önəmli yer tutur. Layihənin əsas konsepsiyalarından biri də “Tarladan süfrəyə” prinsipinin həyata keçirilməsidir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 20 saat sonra
-
- 4 d. əvvəl
-
11 d. əvvəl
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı rəsmi məlumat
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dövlət büdcəsində 3 milyard manata yaxın profisit yaranıb
İyunun 19-da gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib























