Avtoxuliqanlıq edənlər iki ayadək həbs ediləcək
Avtoxuliqanlıq hərəkətlərini yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə iki ay müddətə inzibati həbs tətbiq olunacaq.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
Layihəyə əsasən, Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin (avtoxuliqanlıq) yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Həmçinin, bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Eyni zamanda layihəyə əsasən, yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə mexaniki nəqliyyat vasitəsini sərt tormozlamaq nəticəsində sürtünmə səslərinin çıxarılması və ya təkər izlərinin buraxılması halları istisna edilir.
Qeyd edək ki, bu Məcəllənin 511.1-ci maddəsi dedikdə - avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər başa düşülür.
Bunlar aşağıdakılardır:
- aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi;
- mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi;
- mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 27 d. əvvəl
- 41 d. əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
15 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur



























